“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

