09 İyul 2026
Ölkə futbolu

Qavi Azərbaycan klubunda – ÖZƏL

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətini daha bir futbolçu ilə gücləndirib. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla razılığa gəlib. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

25 yaşlı oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. 

Nigeriya U-20 millisinin sabiq üzvü son olaraq “Sportinq Laqos”da çıxış edib. O, karyerası ərzində 80 oyunda çıxış edib və 8 qol vurub. Qavinin aktivində 6 məhsuldar ötürmə var. 

Təcrübəli futbolçu daha öncə İsrailin “Hapoel” (Afula), Litvanın “Heqelman” klublarında forma geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43