“Real”ın sabiq futbolçusu Lukas Vaskes İspaniyada oynamağa davam edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Sequnda klubu “Deportivo”nun maraq dairəsindədir. Ancaq Vaskes hələlik La Liqada oynamaq istəyir.
İspaniyalı futbolçu “Real”ın heyətində 400-dən çox oyuna çıxıb, 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.

