21 İyun 2026
Dünya futbolu

Argentinalı futbolçu “Mançester Yunayted”ə doğru

“Aston Villa”nın argentinalı qapıçısı Emiliano Martines “Mançester Yunayted”ə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı qolkiper Premyer Liqa nəhənginə icarə əsasında keçməyə yaxındır.

“Transfermarkt” portalı qapıçının bazar dəyərini 20 milyon avro olaraq göstərir.

Qeyd edək ki, Martinesin “Aston Villa” ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43