07 İyul 2026
Dünya futbolu

Eriksenin yeni klubu məlum olub

“Mançester Yunayted”lə yollarını ayıran danimarkalı yarımmüdafiəçi Kristian Eriksenin növbəti ünvanı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu karyerasını Uels təmsilçisi “Vrekshem”də davam etdirəcək. O, bu kluba azad agent kimi transfer olunub.

“Transfermarkt” portalının məlumatına əsasən, təcrübəli oyunçunun hazırkı dəyəri 4 milyon avro təşkil edir.

Qeyd edək ki, Kristian Eriksen karyerası ərzində “Odense”, “Ayaks”, “Tottenhem”, “İnter”, “Brentford” və “Mançester Yunayted” kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43