07 İyul 2026
Dünya futbolu

“Milan” heyətini ekvadorlu futbolçu ilə gücləndirdi

İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az-ın məlumatına görə,  A Seriyasının nəhəngi İngiltərənin “Brayton” klubundan müdafiəçi Pervis Estupinyanın transferini rəsmiləşdirib.

Ekvador milli komandasının üzvü ilə 2030-cu ilə qədər müddəti əhatə edən müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43