18 İyun 2026
Dünya futbolu

“Fənərbağça” və “Beşiktaş”ın oyunları təxirə salındı

Türkiyəni avrokuboklarında təmsil edən klubların Super Liqadakı oyunları təxirə salındı

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) təsnifat mərhələsində çıxış edən klubların çempionatdakı ilk tur oyunlarının təxirə salındığını açıqlayıb.

Federasiyanın qərarına əsasən, sıx oyun təqvimi səbəbindən üç qarşılaşma daha sonrakı tarixə keçiriləcək.

Təxirə salınan oyunlar bunlardır:

“Fənərbağça” – “Alanyaspor”

“Kayserispor” – “Beşiktaş”

“Karagümrük” – “Başakşəhər”

Yeni oyun tarixləri yaxın günlərdə açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43