28 İyun 2026
Dünya futbolu

“Çelsi”nin hücumçusu komandadan gedir

“Nyukasl” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı seneqallı ilə “Mançester Yunayted” də maraqlanırdı. Eyni zamanda “Çelsi” 24 yaşlı ingilis üçün təxminən 93 milyon avro istəyib.

Nəticədə “Mançester Yunayted” müqavilədən imtina edib. Ceksonun özü də London klubundan ayrılmaq istəyir. “Çelsi”nin baş məşqçisi Enzo Mareska buna etiraz etmir.

2024/25 mövsümündə Cekson “Çelsi”nin heyətində bütün yarışlarda 37 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2033-cü ilə qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43