09 İyun 2026
Ölkə futbolu

“İmişli” Avropa Klublar Assosiasiyasının üzvü oldu

“İmişli”  Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.

Xatırladaq ki, “İmişli” yeni mövsüm Misli Premyer Liqasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43