08 İyul 2026
Dünya futbolu

“Beşiktaş” futbolçusunu icarəyə verdi

“Beşiktaş” futbolçusu Can Keleşi “Kocaelispor”a icarəyə verib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul 23 yaşlı futbolçusu Can Keleşi 2025/2026 mövsümü üçün Super Liqa təmsilçisi “Kocaelispor”a göndərib.

Qeyd edək ki, Keleş ötən il “Fatih Karagümrük”dən transfer olunub və keçən mövsümün ikinci yarısında “Kasımpaşa”da icarə əsasında çıxış edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43