08 İyul 2026
Dünya futbolu

Ərəblər Barış Alperdən vaz keçmir

Səudiyyə Ərəbistanı klubu NEOM  25 yaşlı Barış Alper Yılmaz üçün “Qalatasaray”a yenidən 20 milyon avro təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, lakin İstanbul təmsilçisi bu məbləği də qəbul etməyib. İnsayder Yağız Sabuncuoğlu yazır ki, “sarı-qırmızılılar” daha yüksək transfer gəliri hədəfləyir.

NEOM isə üçüncü təklifini göndərməyə hazırlaşır.

Qeyd edək ki, “Qalatasaray” ilk mərhələdə 15 milyon avroluq təklifi də rədd etmişdi.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43