“Zirə”nin məşqçilər heyətində ayrılıq yaşanıb.
İdmanxeber.az-a verilən məlumata görə, Rəşad Sadıqovun köməkçəsi işindən ayrılıb. Söhbət Eltun Yaqubludan gedir. O, komandanın son məşqlərində iştirak etməyib.
Mütəxəssisin hansı səbəbdən “qartallar”dan getdiyi bəlli deyil.
Yaqublu karyerası ərzində “Səbail”, “Neftçi”, “Qarabağ” kimi klublarda çıxış edirdi.
O, 2020-ci ildən “Zirə”də Rəşad Sadıqovun köməkçisi idi.

