09 İyul 2026
Dünya futbolu

“Beşiktaş” “Real”dan ayrılan futbolçu ilə danışıq aparır

“Beşiktaş” Lukas Vaskesi transfer etmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Real”dan ayrılan 34 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır və ona 1 illik müqavilə təklif edib.

Lukas Vaskes ötən mövsüm La Liqada 32 oyunda 1 qol vurub, 5 assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43