07 İyul 2026
Dünya futbolu

“Bavariya”nın futbolçusu “Əl-Nəsr”ə keçir

“Bavariya”nın vingeri Kinqsli Koman “Əl-Nəsr”ə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu 29 yaşlı fransız üçün bonuslar da daxil olmaqla 35 milyon avro ödəməyə hazırdır. Oyunçunun müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub.

Koman 2017-ci ilin yayından Münhen klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 339 oyun keçirib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43