08 İyul 2026
Ölkə futbolu

“Ferensvaroş”un hücumçusu: “Təslim olmayacağıq”

“Hazırda danışmaq çətindir. İki top fərqi ilə məğlub olduq, amma təslim olmayacağıq”.

İdmanxeber.az xəbər verir ki, bunu “Ferensvaroş”un futbolçusu Barnabaş Varqa UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

Qolun müəllifi olan 31 yaşlı hücumçu cavab görüşündə daha yaxşı oynamağa çalışacaqlarını bildirib:

“İlk yarıda rəqibdən üstün deyildik. Dəyişikliklər etməliyik. İki topluq fərq dünyanın sonu deyil, cavab oyununda hər şeyi öz yerinə qoymağa çalışacağıq”.

Qeyd edək ki, cavab görüşü avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43