09 İyul 2026
Dünya futbolu

“Barselona”nın futbolçusuna təklif var

“Barselona”nın 21 yaşlı yarımmüdafiəçisi Mark Kasado İspaniya La Liqası təmsilçisi “Betis”in diqqət mərkəzinə düşüb.

İdmanxeber.az xəbər verir ki, “Betis” amerikalı futbolçu Conni Kardosonun komandadan ayrılmasından sonra orta sahəni gücləndirmək məqsədilə Kasadonu izləməyə başlayıb.

Xəbərdə qeyd olunur ki, Kasado daha əvvəl İngiltərə Premyer Liqası klubları “Vulverhempton” və “Vest Hem”in də maraq dairəsində olub. “Vest Hem” artıq futbolçunun transferi üçün rəsmi təklif təqdim edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43