04 İyun 2026
Dünya futbolu

Karlos Kuesta “Spartak”a keçir

Kolumbiya millisinin və “Qalatasaray”ın müdafiəçisi Karlos Kuesta artıq Türkiyəni tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Spartak” Moskva ilə danışıqları yekunlaşdırmaq və tibbi müayinədən keçmək üçün Rusiyanın paytaxtına yollanıb.

Transferin dəyəri 6,5 milyon avro olacaq. Bundan əlavə, müqavilədə göstərilən şərtlər yerinə yetirildiyi halda, “Qalatasaray” əlavə 2 milyon avro bonus qazanacaq. “Spartak” isə Kuesta ilə 3 illik müqavilə imzalamağa hazırlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43