09 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi hücumçusunu göndərdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Napoli”nin heyətində ayrılıq yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi gənc futbolçusu Luis Hasanı icarəyə yollayıb. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər B Seriyasında çıxış edən “Karrareze” klubunun formasını geyinəcək.

Xatırladaq ki, “Qarabağ” – “Napoli” qarşılaşması 26 noyabrda İtaliyada keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43