09 İyul 2026
Ölkə futbolu

Cavid İmamverdiyevin yeni klubu bəlli oldu

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin yeni klubunun adına aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yarımmüdafiəçi karyerasını “Şəki”də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. 

Qeyd edək ki, C.İmamverdiyev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Kəpəz”in də formasını geyinib. Onun son klubu isə “Haypers Quba” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43