Ukraynanın “Polessye” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əsas heyətdən kənarlaşdırılaraq əvəzedici komandaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Ruslan Rotanın planlarında yer almayan Mustafayevlə yanaşı daha 5 futbolçu da əsas komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Polessye”nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb. Klub hazırda 3 xalla Ukrayna Premyer Liqasında 10-cu pillədə qərarlaşıb.

