“Beşiktaş”ın futbolçusu Ernest Muçi “Trabzonspor”a keçir.
İdmanxeber.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Albaniyalı vinger mövsümün sonuna qədər icarə əsasında Qara dəniz klubunda oynayacaq və 1,8 milyon avroluq maaşını “Trabzonspor” ödəyəcək.
Qeyd edək ki, Muçi 2024-cü ilin fevralında “Legiya”dan transfer olunub və bu mövsüm “Beşiktaş”da 6 oyuna çıxıb.

