09 İyul 2026
Dünya futbolu

“Beşiktaş” “Real”ın futbolçusu ilə maraqlanır

“Beşiktaş”ın transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Real”ın mərkəz müdafiəçisi Raul Asensionu heyətinə qatmaq istəyir.

“Beşiktaş” oyunçunun durumunu yaxından izləyir və onunla bağlı rəhbərliyə hesabat təqdim olunub. Lakin futbolçunun hazırda Madrid nəhəngini tərk etmək fikri yoxdur.

Məlumata əsasən, Asensio “Real”da özünü sübut etməyə və əsas heyətdə yerini möhkəmləndirməyə çalışır. Buna görə də yaxın vaxtlarda onun İstanbul klubuna keçidi real görünmür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43