08 İyul 2026
Ölkə futbolu

Millimiz Farer Adalarını məğlub etdi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması “Slovenia Nations Cup” yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.

İdmanxeber.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

“Çatez” stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqədə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.

Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa komandasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43