08 İyul 2026
Dünya futbolu

29 yaşlı yarımmüdafiəçi yenidən İngiltərədə oynaya bilər

“Milan”ın ingiltərəli yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını yenidən vətənində davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Aston Villa”, “Nyukasl Yunayted” və “Vest Hem” maraqlıdır.

Loftus-Çikin meneceri hazırda Premyer Liqa klubları ilə danışıqlar aparır.

Qeyd olunur ki, “Milan” rəhbərliyi oyunçunun transferinə əngəl törətməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43