03 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” “Neftçi”ni qəbul edir – cəzalı və zədəli var 

Misli Premyer Liqasının V turunda “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, matça hər iki komanda itkilərlə çıxacaq. Ev sahibi “kimyaçılar”ın əməliyyat olunan futbolçusu Ayxan Süleymanlı meydana çıxa bilməyəcək.

“Neftçi”də isə zədəli olan Alessio Kurçi sıraya dönüb. Onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək. Braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyro isə cəzalı durumdadır.

Qeyd edək ki, sentyabrın 21-də baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşünün start fiti 19:30-da səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43