Misli Premyer Liqasının VI turunda “Şamaxı” doğma meydanda “Araz Naxçıvan”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da matça itkilərlə çıxacaq. Ev sahibi klubda zədəli futbolçular – Edqar Adilxanov və Andrey Tirkoveanu meydana çıxa bilməyəcək.
Naxçıvan təmsilçisində isə zədəli Ramon Maçado ilə yanaşı, cəzalı Slavik Alxasov görüşü kənardan izləyəcəklər.
“Şamaxı” – “Araz Naxçıvan” oyunu bu gün saat 15:30-da start götürəcək.

