Misli Premyer Liqasının VI turunda “Kəpəz” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq. Gəncə klubunda zədəli və cəzalı oyunçu yoxdur. Uzun müddətdir forma geyinə bilməyən Adama Fofana sağaldıb.
Tovuz klubunda isə Enrike Silva və David Tavareş meydana çıxa bilməyəcək. Hər iki futbolçu da zədəlidir.
“Turan Tovuz” – “Kəpəz” matçı saat 16:30-da start götürəcək.

