05 İyun 2026
Ölkə futbolu

“Sabah” – “Sumqayıt” matçına doğru: Ciddi itkilər var 

Misli Premyer Liqasının VI turunda “Sabah” doğma  meydanda “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “bayquşlar” görüşə ciddi itkilərlə çıxacaq. Komandada cəzalı futbolçu olmasa da, Cesse Sekidika, Nyeqoş Kupusoviç, Aleksey İsayev, Zinəddin ud Xaled və Boyan Letiç zədə səbəbindən “Sumqayıt”a qarşı oynamayacaqlar.

“Kimyaçılar”da isə cəmi bir itki var. Əməliyyat olunan Ayxan Süleymanlı matçda iştirak edə bilməyəcək.

Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43