14 İyun 2026
Ölkə futbolu

“Eyni ehtiras və məqsədlərlə davam edəcəyik” – Roderik Miller

“Turan Tovuz” müdafiəçisi Roderik Millerlə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, Panama millisinin üzvü olan 32 yaşlı futbolçu Tovuz təmsilçisi ilə 1+1 illik yeni anlaşmaya imza atıb.

Miller bu barədə “Instagram” hesabında paylaşım edib və klub rəhbərliyinə təşəkkürünü bildirib:

“Turan Tovuz”la müqaviləmi yenilədiyim üçün çox şadam. Mənə olan etimada görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam – bu, mənim yolumun bir hissəsidir.”

Qeyd edək ki, Roderik Miller 2022/2023 mövsümündən “Turan Tovuz”un heyətində çıxış edir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin iyununda başa çatmalı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43