14 İyun 2026
Ölkə futbolu

Abubakar transferi niyə düyünə düşüb? – SON DURUM 

“Neftçi” bir müddətdir kamerunlu hücumçu Vensan Abubakarla danışıq aparır. Paytaxt təmsilçisi ulduz futbolçunu heyətini qatmaq üçün çalışmalarını davam etdirir.

Abubakarın adı davamlı gündəmdə olsa da, transfer heç cür yekunlaşa bilmir. Tərəflər hələ də razılaşa bilməyib.

Buna səbəb maliyyə şərtləridir. “Neftçi” ulduz oyunçuya illik 500 min dollar və əlavə bonuslar təklif edir. Kamerunlu oyunçu isə 700 min və əlavə bonuslar tələb edir. 

Buna görə də transferin tamamlanması yubanır. “Ağ-qaralar” son olaraq hücumçuya 500+200 min dollar təklif edib. 

Ancaq oyunçu hələ də yekun qərarını verməyib. Bununla yanaşı, futbolçuya Meksika klubundan maraq var.

Futbolçunun gələcək karyerası barədə yaxın günlərdə qərarını verəcəyi bildirilir.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43