“Borussiya”nın gənc yarımmüdafiəçisi Cob Bellingem klubdan ayrılmaq niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı ingilis futbolçu baş məşqçi Niko Kovaçın ona kifayət qədər şans verməməsindən narazıdır. O, əsasən zədəli oyunçuların yerinə meydana buraxıldığını düşünür.
Cəmi dörd ay əvvəl “Borussiya”ya keçən və klub tarixinin ən bahalı transferi sayılan Bellingem Bundesliqada hələ tam 90 dəqiqə oynamayıb. O, ümumilikdə 167 dəqiqə meydanda olub.

