“Qarabağ” komandanı İspaniyada “Atletik”ə qarşı keçiriləcək oyunda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
İdmanxeber.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə səfərdə keçiriləcək oyun üçün vauçerlər oktyabrın 15-dən satışa çıxarılacaq.
“Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra sosial media hesablarımızda paylaşılacaq” – deyə məlumatda bildirilib.

