14 İyun 2026
Dünya futbolu

“Qalatasaray” Cek Qrilişi transfer etmək istəyir

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Cek Qrilişi heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az “The Mirror”a istinadən xəbər verir ki, Türkiyə klubu həm 30 yaşlı yarımmüdafiəçi, həm də “şəhərlilər”lə danışıqlara başlayıb. Hazırda “Everton”da icarə əsasında oynayan Qriliş İngiltərəni tərk etməyə hazırdır.

“Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədər olan Qrilişin ilk seçimi “Qalatasaray” ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43