11 İyun 2026
Dünya futbolu

“Barselona”nın “Kamp Nou” həsrəti davam edir

“Barselona” La Liqanın 9-cu turunda “Jirona”ya qarşı keçirəcəyi ev oyununu yenidən qurulan “Kamp Nou” stadionunda oynaya bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, qarşılaşma “Olimpik Lluís Kompanis” arenasında baş tutacaq. Şəhər rəhbərliyi hələlik “Barselona”ya əsas stadionunda matç keçirməyə icazə verməyib.

Kataloniya klubu “Kamp Nou”da sonuncu dəfə 2023-cü ilin mayında rəsmi oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43