01 İyul 2026
Dünya futbolu

“Nyukasl”ın gənc forvardı Almaniya yolunda

“Nyukasl Yunayted”in danimarkalı futbolçusu Villiam Osula karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.

22 yaşlı hücumçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir.

Qeyd edək ki, Osula cari mövsüm iştirak etdiyi 9 oyunda 3 qol və 1 asistlə yadda qalıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43