01 İyul 2026
Kateqoriyasız

Sabiq komandasına qayıtdı, “9” nömrə oldu

Mirməcid İsmayılov iki illik aradan sonra yenidən “Gəncə”yə qayıdıb.

İdmanxeber.az xəbər verir ki, Gəncə basketbol məktəbinin yetirməsi ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

20 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır. 195 sm boya malik İsmayılov ötən mövsüm “Lənkəran” və “Şəki”də çıxış edib. 

Mirməcid yeni komandasında 9 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43