06 İyun 2026
Dünya futbolu

Erlinq Haland ayın ən yaxşısı seçilib

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haland bu mükafata layiq görülüb. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Norveçli forvard karyerasında artıq 4-cü dəfə ayın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, Haland sentyabr ayında çıxış etdiyi 3 oyunda 5 qol vurub və 1 asistlə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43