06 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Kazemiro ilə yolları ayırmağa hazırlaşır

“Mançester Yunayted” gələn yay əsas diqqətini yeni yarımmüdafiəçi transferinə yönəldəcək.

İdmanxeber.az xəbər verir ki, “qırmızı şeytanlar” böyük ehtimalla, braziliyalı futbolçu Kazemiro ilə müqavilənin müddətini uzatmayacaq. Bu qərar klubun maaş büdcəsini azaltmaq məqsədilə verilib.

Klubun transfer siyahısında iki əsas namizəd var: “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson və “Brayton”un oyunçusu Karlos Baleba.

33 yaşlı Kazemiro “Mançester Yunayted”ə 2022-ci ildə keçib. Onun klubla hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43