14 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi müdafiəçi ilə güclənir

“Borussiya”nın müdafiəçisi Niko Şlotterbek “Liverpul”un diqqət mərkəzindədir.

İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Van Daykın potensial varisi kimi görülür. İngiltərə klubu onu qışda transfer etmək istəsə də, “Borussiya” razılaşmayıb.

Dortmund təmsilçisi Şlotterbekə müqaviləsini 2030-cu ilə qədər uzatmağı təklif edib, lakin futbolçu hələ razılıq verməyib.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43