“Real”ın müdafiəçisi Din Heysen sol ayaq zədəsi səbəbindən növbəti turda meydana çıxmayacaq.
İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu La Liqanın 8-ci turunda “Vilyarreal”la matçda zədələnib və 9-cu turda “Xetafe”yə qarşı oynamayacaq.
Heysen bu mövsüm “Real”da 14 oyunda iştirak edib.

