“Tottenhem” Harri Keyni geri qaytarmaq istəyir.
İdmanxeber.az “Teamtalk”a istinadən xəbər verir ki, London klubu “Bayern”lə müqaviləsindəki satınalma maddəsini ödəməyə və futbolçuya yüksək maaş təklif etməyə hazırdır.
Bu ideyanın klubun idman direktoru Fabio Paratiçidən gəldiyi bildirilir.
Qeyd edək ki, Keyn 2010–2023-cü illərdə “Tottenhem”də çıxış edib.

