02 İyul 2026
Ölkə futbolu

“Şamaxı” – “Kəpəz” matçına doğru: Ev sahibində itkilər var, qonaqlar rahatdır 

Misli Premyer Liqasının VIII turunda “Şamaxı” doğma meydanda “Kəpəz”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə itkilərlə çıxacaq. İki oyunçu zədə səbəbindən “Kəpəz”ə qarşı oynamayacaq ki, bunlar da Edqar Adilxanov və Andrey Tirkoveanudur.

Gəncə təmsilçisi isə matça tam heyətlə hazırlaşıb. Komandanın heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.

Xatırladaq ki, “Şamaxı” – “Kəpəz” oyunu bu gün saat 14:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43