09 İyul 2026
Dünya futbolu

Abramoviç “Qalatasaray”ın səhmlərini ala bilər

Rusiyalı iş adamı Roman Abramoviç “Qalatasaray”ın böyük səhmdarlarından biri olmağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, sabiq “Çelsi” sahibi klubun səhmlərini almağa hazırlaşır. Abramoviçin artıq Boğazda malikanə aldığı və İstanbulda yaşamağa hazırlaşdığı bildirilir.

Xatırladaq ki, Abramoviç 2003–2022-ci illərdə “Çelsi”yə rəhbərlik edib və onun dövründə klub 2 dəfə Çempionlar Liqasını, 2 dəfə Avropa Liqasını, həmçinin 5 dəfə İngiltərə çempionluğunu qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43