“Liverpul” hücum xəttini gücləndirmək istəyir.
İdmanxeber.az xəbər verir ki, “qırmızılar” “Bornmut”un futbolçusu Antuan Semenyonu transfer etmək niyyətindədir. Qanalı vinger Məhəmməd Salahın potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.
“Liverpul” 25 yaşlı oyunçu üçün 65 milyon funt sterlinqlik təklif göndərib. Semenyo isə keçidə müsbət yanaşır.
Qeyd edək ki, o, 2023-cü ilin yanvarında “Bristol Siti”dən “Bornmut”a keçib və cari mövsümdə 11 matçda 6 qol, 3 assistlə çıxış edib.

