15 İyul 2026
Ölkə futbolu

“Kəpəz” legioneri ilə yollarını ayırdı

“Kəpəz” Vitor Feijao ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vitor Feijao mövsümün əvvəlində “Kəpəz” cəlb olunub. O, Premyer Liqada 9 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43