“Bavariya” Leon Qoretzkanı komandada saxlamaq niyyətindədir.
İdmanxeber.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə barədə danışıqlara başladığı bildirilib. Qoretzkanın mövsümün sonunda müqaviləsi başa çatır və ona bir neçə klubdan təklif olsa da, futbolçu “Bavariya”da qalmağa üstünlük verməyi düşünür.
Qoretzka 2018-ci ildən Almaniya nəhənginin formasını geyinir.

