30 İyun 2026
Dünya futbolu

DÇ-2026: Türkiyə millisinin rəqibi bəlli oldu

Dünya çempionatı seçmə mərhələsinin pley-offlarının püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, püşkatmada Türkiyə millisinin də rəqibləri bəlli olub. “Ay-ulduzlular” ilk oyunda Rumıniya ilə üz-üzə gələcək.

Əgər Türkiyə onları məğlub etsə, finalda Kosova – Slovakiya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43