Misli Premyer Liqasının XII turunda “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Yevlax təmsilçisində zədəli olan qapıçı Pedro Mateuş, hücumçu Coy Sleyd Mikels və Süleyman Əhmədov matçı kənardan izləyəcək.
“Kəpəz”də isə cəzalı Məmməd Hüseynovla, zədəli Mahamadu Ba meydana çıxa bilməyəcək.
“Karvan-Yevlax” – “Kəpəz” görüşü saat 14:00-da start götürəcək.

