18 İyul 2026
Dünya futbolu

“Napoli” – “Qarabağ” matçı tanınmış hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Ona Adam Kupsik və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muk yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 25-i saat 00:00 başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43