Misli Premyer Liqasının XII turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox izlənən görüşü “Sumqayıt” – “Qarabağ” matçı olub. Qarşılaşmanı tribunalardan 9100 azarkeş izləyib.
Tərəfdarların maraq göstərmədiyi görüş də Sumqayıtda baş tutub. Ev oyunlarını burada keçirən “Araz Naxçıvan”ın “Turan Tovuz”la matçında 250 tamaşaçı qeydə alınıb.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir:
Karvan Yevlax – Kəpəz – 4000
Zirə – Qəbələ – 800
Sabah – Şamaxı – 827
Neftçi – İmişli – 1300

